Ronaldo yenə kapitan sarğısını yerə atdı

Ronaldo yenə kapitan sarğısını yerə atdı

Hazırda oxunan: Ronaldo yenə kapitan sarğısını yerə atdı

26492

Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo AVRO-2020-nin 1/8 finalında Belçikaya 0:1 hesabı ilə uduzduqları görüşdən sonra kapitan sarğısını qazona atıb. 

Bizim.Media xəbər verir ki, 36 yaşlı hücumçunun yığmanın heyətində qol sayı üzrə dünya rekorduna imza atması üçün bir qolu çatmayıb. Ronaldo milli komanda forması ilə indiyədək 109 qol vurub. 

Qeyd edək ki, 1/8 final matçında yeganə qolu uzaqdan zərbə ilə Torqan Azar vurub. 

Kriştiano Ronaldo daha əvvəl Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb. 

Martda keçirilmiş qarşılaşmada 36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb.

Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib. 

Sonradan onun kapitan sarğısı hərraca çıxarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO