Emre Belözoğlu məşhur İtaliya klubuna gedir

Emre Belözoğlu məşhur İtaliya klubuna gedir

Hazırda oxunan: Emre Belözoğlu məşhur İtaliya klubuna gedir

26461

Simon İnzaginin gedişindən sonra "Latsio"nun baş məşqçisi olan Mauritsio Sarrinin köməkçilərindən biri də Emre Belözoğlu ola bilər.

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis "Fənərbağça" ilə vidalaşan gənc məşqçini yardımçıları sırasında görmək istəyir.

"Sport Press24" nəşrinin yazdığına görə, buna səbəblərdən biri kimi Belözoğlunun İtaliya futboluna yaxşı bələd olması göstərilir.

Belə ki, 40 yaşlı Emre 2001-ci ildə "Qalatasaray"dan "İnter"ə keçmiş və 4 il "neradzurra"nın uğurları üçün çalışmışdı.

Bu mənada "Latsio"nun məşqçilər korpusunda yer alacaq adlardan biri də Belözoğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO