Mahir oynadı, “Kayzerslautern” qələbə qazandı

Mahir oynadı, “Kayzerslautern” qələbə qazandı

Hazırda oxunan: Mahir oynadı, “Kayzerslautern” qələbə qazandı

264382

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern"in heyətində Almaniya 2-ci Bundesliqasında ilk qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, onun komandası 2-ci turda "Şalke"ni məğlub edib.
 

Qarşılaşmanın taleyini 1 qol həll edib. "Kayzerslautern" fasilədən sonra penalti zərbəsində fərqlənib. Start heyətində yer alan Mahir 72-ci dəqiqədə əvəzlənib. O, bundan 20 dəqiqə əvvəl sarı vərəqə ilə cəzlandırılıb.


Qeyd edək ki, ilk turda eyni hesabda uduzan Emrelinin komandası 2 turdan sona 3 xalla 11-cidir. "Qırmızı iblislər" növbəti turda "Elversberq"in qonağı olacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO