Niderland yığması Bakıya gəlməyəcək? – Ermənilər yeni təxribat hazırlayıb

Niderland yığması Bakıya gəlməyəcək? – Ermənilər yeni təxribat hazırlayıb

Hazırda oxunan: Niderland yığması Bakıya gəlməyəcək? – Ermənilər yeni təxribat hazırlayıb

26128

Bu barədə Nederland parlamentində müzakirələr aparılıb. 

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, Niderlandakı erməni diaspor təşkilatlarının basqısı ilə bu məsələ müzakirəyə çıxarılıb.

Ermənilərin bu dəfəki təxribatı ürəkbulandırma xarakterlidir. Belə ki, müharibəni uduzan, yalan və cinayətlərinin üstü qismən açılan, dünyada biabırçı vəziyyətə düşən İrəvan hansısa yollarla Bakıya ziyan vurmağa çalışır.

Avro-2020 mötəbər futbol yarışının çoxsaylı oyunlarının Bakıda keçirilməsi erməniləri hərəkətə gətirib. Onlar Niderland parlamentinə müraciət ediblər ki, ¼ finalda Niderlandın Bakıda baş tutama ehtimalı olan görüşünə Azərbaycan paytaxtına nümayəndə heyəti göndərilməsin.
 

MÖVZU İLƏ BAĞLI:

AVRO-2020: 1/8 finalın təqvimi məlum oldu


Qert Yan Seqers və Tim Van der Linin parlamentdən tələbində deyilir ki, deputatlar bu addımlarını erməni diversantların İrəvana qaytarılmaması ilə izah etsinlər. 

Niderlandlı ermənipərəst deputatların Bakıya səfərdən imtina müraciətlərini Azərbaycanın Hərbi Qənimətlər Parkı ilə də əsaslandırırlar. 

Xatırladaq ki, Niderlandda yaşayanlar arasında azərbaycanlılar da az deyil. Onların içində “Meydan tv kollektivi”, Orduxan və başqaları da var. Amma nədənsə onlar Azərbaycan adının xeyirinə bir addım da atmırlar. Əksinə...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO