Bu gün 1/8 finalın son 5 iştirakçısı bəlli olacaq - AVRO-2020 

Bu gün 1/8 finalın son 5 iştirakçısı bəlli olacaq - AVRO-2020 

Hazırda oxunan: Bu gün 1/8 finalın son 5 iştirakçısı bəlli olacaq - AVRO-2020 

25868

Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutacaq. Bununla da 1/8 finalın son 5 iştirakçısı bəlli olacaq. 

E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gələcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.  
 

MÖVZU İLƏ BAĞLI:

“Avro-2020”: İngiltərə və Xorvatiya növbəti mərhələyə adladı


Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionunda oynanılacaq İsveç - Polşa matçını ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Hazırda 4 xalla ilk pillədə yer alan skandinaviyalıların qrupdan çıxması dəqiqləşib. Bu mənada görüş onlar üçün formal xarakter daşıyacaq. 1 xalla sonuncu sırada qərarlaşan polşalılar isə növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdırlar. 

Sevilyadakı "Estadio La Cartuja" stadionunda keçiriləcək Slovakiya - İspaniya görüşünün baş hakimi isə niderlandlı Byörn Kuypers olacaq. 3 xalla 2-ci sırada olan slovakiyalılara 1/8 finala çıxmaq üçün heç-heçə kifayət edəcək. 2 xalı olan pireneylilərə isə qələbə lazımdır.

Luis Enrikenin baş məşqçi olduğu kollektiv bərabərlik sayəsində də (ən yaxşı 3-cü yerin sahibi kimi) qrupdan çıxa bilər. Lakin bunun üçün İsveç yığması Polşaya uduzmamalıdır. 

Futbolsevərlər F qrupunda da kifayət qədər maraqlı mübarizəyə şahidlik edəcəklər. Pley-offa vəsiqəni təmin edən Fransa millisi Portuqaliya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da gerçəkləşəcək oyunu ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edəcək.
 

Qrupun digər matçında isə Almaniya Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşün baş hakimi Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçəyə nail ola bilsə, hər iki komanda pley-offa yüksələcək.


Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO