Avropa çempionatında boksçumuz bürünc medal aldı

Avropa çempionatında boksçumuz bürünc medal aldı

Hazırda oxunan: Avropa çempionatında boksçumuz bürünc medal aldı

25861

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin qarşılaşmaları keçirilib. 

Bizim.Media xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın altıncı günündə Azərbaycan millisinin 1 idmançısı final uğrunda mübarizə aparıb.

Ardıcıl olaraq Uça Jorjolianiyə (Gürcüstan), Maqomed Şamsayevə (Rusiya) və David Gevorqyana (Almaniya) qalib gələn Ruslan Rüstəmov (64 kiloqram) finalda israilli Ahmad Ştivi ilə üz-üzə gəlib.

Boksçumuz bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib və finala rəqib yüksəlib. Nəticədə, R.Rüstəmov Avropa çempionatını bürünc medalla başa vurub. 

Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO