Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925” klubu ilə qarşılaşacaq.
Zell-Am-Seenin Kaprun bölgəsində təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Qeyd edək ki, “Qarabağ” Avstriyada ümumilikdə 4 sınaq matçı keçirəcək. Ağdam təmsilçisi Ukrayna klubu ilə oyundan dörd gün sonra Niderland “Tvente”si ilə iki görüşə çıxacaq. İyulun 15-də baş tutacaq son qarşılaşma isə Avstriyanın “Zalsburq” kollektivinə qarşı olacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:47 / 07.07.2025
"Qarabağ" bu gün Avstriyada Ukrayna klubu ilə qarşılaşacaq
Hazırda oxunan: "Qarabağ" bu gün Avstriyada Ukrayna klubu ilə qarşılaşacaq
Hazırda oxunan: "Qarabağ" bu gün Avstriyada Ukrayna klubu ilə qarşılaşacaq
258560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.