Xəbər verdiyimiz kimi, ötən gün Portuqaliya yığmasının və “Liverpul”un 28 yaşlı futbolçusu Dieqo Jota avtomobil qəzasında həyatını itirib.
Bizim.Media xəbər verir ki, daha bir futbolçu qəzaya uğrayıb. "Legiya"nın 17 yaşlı oyunçusu Ksaveri Ejevski avtomobil qəzası nəticəsində hospitala aparılıb. Onun vəziyyəti ağırdır, maşında olan bacısı isə hadisə yerində keçinib.
İlkin təxminlərə görə, qəzaya sürət həddinin aşılması səbəb olub. Avtomobil yoldan çıxaraq, ağaca çırpılıb.
Xatırladaq ki, Jotanın olduğu avtomobilin aşaraq alovlanması nəticəsində futbolçu ilə bərabər 26 yaşlı qardaşı Andre de Silva da həlak olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:13 / 04.07.2025
Jotadan sonra daha bir dəhşətli qəza: Futbolçunun durumu kritikdir
Hazırda oxunan: Jotadan sonra daha bir dəhşətli qəza: Futbolçunun durumu kritikdir
Hazırda oxunan: Jotadan sonra daha bir dəhşətli qəza: Futbolçunun durumu kritikdir
258115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.