“Tottenhem” onun üçün 85 milyon ödəyəcək

“Tottenhem” onun üçün 85 milyon ödəyəcək

Hazırda oxunan: “Tottenhem” onun üçün 85 milyon ödəyəcək

258071

“Tottenhem” Məhəmməd Kudusu transfer etmək niyyətindən əl çəkmir. Londonlular növbəti dəfə “Vest Hem”in qapısını döyüb.

Bizim.Media xəbər verir ki, “şəkicdöyənlər” oyunçunu satmaq istəmir. Lakin anlaşmadakı xüsusi bənd onlara mane ola bilər.

Belə ki, qanalı ilə müqavilədə onun iyulun ilk 10 günü ərzində satıla biləcəyi yazılıb. Bir şərtlə ki, müştəri 85 milyon avroluq sərbəstqalma bəndinə riayət etsin. “Tottenhem” məhz göstərilən məbləği ödəməklə transferi bitirməyə çalışır.

24 yaşlı hücumçu iki il öncə “Ayaks”dan 43 milyon avroya alınıb. Onun “Vest Hem”lə 2028-ci ilin yayınadək müqaviləsi var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO