“Qarabağ” daha bir legioneri ilə yollarını ayıra bilər.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey Kaşukun Azərbaycan çempionunu tərk etmək ehtimalı yaranıb.
Məlumatda qeyd olunub ki, 25 yaşlı futbolçu yeni mövsümdə əsas heyətə düşə bilməyəcəyindən ehtiyatlanır. Bu səbəbdən Ukraynanın gənclər millisinin sabiq üzvü başqa komandaya ya icarəyə, ya da birdəfəlik keçməyə razıdır.
Qeyd edək ki, “Qarabağ”a ötən mövsümün əvvəlində Donetsk “Şaxtyor”undan keçən Aleksey Kaşukun ağdamlılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
12:44 / 02.07.2025
Daha bir futbolçu “Qarabağ”dan GEDƏ BİLƏR
Hazırda oxunan: Daha bir futbolçu “Qarabağ”dan GEDƏ BİLƏR
Hazırda oxunan: Daha bir futbolçu “Qarabağ”dan GEDƏ BİLƏR
257751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.