AVRO-2020: Bu gün daha 2 matç olacaq

AVRO-2020: Bu gün daha 2 matç olacaq

Hazırda oxunan: AVRO-2020: Bu gün daha 2 matç olacaq

25720

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda daha 2 oyun keçiriləcək. 

Bizim.Media xəbər verir ki, hər iki qarşılaşma D qrupunda baş tutacaq. 4 xala malik komandalardan Çexiya və İngiltərə "Uembli" stadionunda üz-üzə gələcəklər. Görüşü portuqaliyalı Artur Diaş idarə edəcək. Komandalara növbəti mərhələyə vəsiqə üçün heç-heçə də kifayət edəcək. 

Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya Şotlandiyanı sınağa çəkəcək.

Hər iki kollektiv növbəti mərhələ üçün mütləq qələbə qazanmağa çalışacaq. Qlazqo şəhərindəki "Hempden Park" stadionundakı matçın baş hakimi argentinalı Fernando Rapallini olacaq. 

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO