Güləşçimiz Türkiyədə qızıl medal QAZANDI

Güləşçimiz Türkiyədə qızıl medal QAZANDI

Hazırda oxunan: Güləşçimiz Türkiyədə qızıl medal QAZANDI

257139

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

Bizim.Media xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.

Azərbaycan millisinin üzvü Ali Tsokayev 86 kiloqramda uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.

Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO