RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

Hazırda oxunan: RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

256508

Almaniyanın "Kayzerslautern" klubu Mahir Emreli ilə rəsmi müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, klubun rəsmi saytında Azərbaycan millisinin hücumçusu ilə bağlı paylaşım edilib.

27 yaşlı futbolçu alman təmsilçisi ilə 3 illik razılıq əldə edib. Mahir "Kayzerslautern"də 10 nömrəli formanı geyinəcək.

Klubun idman direktoru Marsel Klos transferlə bağlı açıqlama verib:
 

"Mahirin bir çox təkliflərə baxmayaraq komandamıza qoşulmasına görə çox şadıq. O, əvvəlki komandalarda, xüsusilə, "Nürnberq"də vurduğu qollarla diqqəti cəlb edib. Onun sürəti və bitiricilik bacarığı hücum xəttində bizə çox fayda verəcək. Emrelinin təcrübəsi meydandan və ondan kənarda böyük rol oynayacaq".


Qeyd edək ki, Mahir ötən mövsümü 2-ci Bundesliqada "Nürnberq"də keçirib.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO