İdmanla bağlı qabiliyyət imtahanı belə keçirilir – FOTO/VİDEO

İdmanla bağlı qabiliyyət imtahanı belə keçirilir – FOTO/VİDEO

Hazırda oxunan: İdmanla bağlı qabiliyyət imtahanı belə keçirilir – FOTO/VİDEO

256340

Bu gün Tofiq Bəhrəmov adına stadionda Dövlət İmtahan Mərkəzi tərəfindən bədən tərbiyəsi və idman istiqamətində 62-ci komissiya üzrə qabiliyyət imtahanı keçirilir.

Bizim.Media xəbər verir ki, bu gün imtahan verən 240 abituriyentin bacarıqları tullanma, turnikdən dartınma, 100 metrə üzrə qaçış, 1000 metrə üzrə qaçış normativləri üzrə yoxlanılır.

Qeyd edək ki, idman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur. Regionlarda isə Tovuz, İsmayıllı və Şərur Olimpiya İdman Komplekslərində imtahanlar keçirilir.

İmtahanlarda iştirak etmək üçün 20925 nəfər qeydiyyatdan keçib. İdman istiqaməti üzrə üzrə 61 (Məşqçilik), 62 (Ümumi fiziki hazırlıq, Adaptiv bədən tərbiyəsi, Kütləvi-sağlamlaşdırıcı idman) və 63-cü (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyalar mövcudur.



Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO