“Neftçi” yay hazırlığı üçün bu ölkəyə YOLLANACAQ

“Neftçi” yay hazırlığı üçün bu ölkəyə YOLLANACAQ

Hazırda oxunan: “Neftçi” yay hazırlığı üçün bu ölkəyə YOLLANACAQ

255773

“Neftçi” yeni mövsümü üçün hazırlıq proqramını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək. 

İkinci mərhələ iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.
 

“Binkovski Hotel”də məskunlaşacaq komandamız bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq. 


Qeyd edək ki, yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər hələlik dəqiqləşməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO