Millimiz Moldovaya QALİB GƏLDİ

Millimiz Moldovaya QALİB GƏLDİ

Hazırda oxunan: Millimiz Moldovaya QALİB GƏLDİ

255630

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 

Binə stadionunda təşkil olunan oyun millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.


Qeyd edək ki, Azərbaycan və Moldova milliləri iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər

Azərbaycan (U-16) – Moldova (U-16) - 3:2

Qollar: Nihat Hüseynzadə, 45; Firdovsi Şeydayev, 81; Cavidan Əlizadə, 90+2 - Mixai Puşkaşu, 45+1; Boqdan Lupaşko, 86

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO