“Qalatasaray”ın futbolçusu İstanbulun digər klubuna KEÇDİ

“Qalatasaray”ın futbolçusu İstanbulun digər klubuna KEÇDİ

Hazırda oxunan: “Qalatasaray”ın futbolçusu İstanbulun digər klubuna KEÇDİ

255247

"Qalatasaray"ın yarımmüdafiəçisi Kerem Demirbay İstanbulda klubunu dəyişib.

Bizim.Media xəbər verir ki, "Eyüpspor" Almaniya millisinin sabiq üzvünü transfer edib. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.
 

Artıq klublar arasında anlaşma əldə olunub. 31 yaşlı futbolçu özü də "Eyüpspor"un təklifini qəbul edib.


Qeyd edək ki, "Qalatasaray" Kerem Demirbayı 2023-cü ilin yayında "Bayer"dən transfer edib.

Təcrübəlli yarımmüdafiəçi ötən mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 34 oyunda 3 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO