Dünya çempionatı: Cüdoçularımız ilk günü medalsız BAŞA VURDU

Dünya çempionatı: Cüdoçularımız ilk günü medalsız BAŞA VURDU

Hazırda oxunan: Dünya çempionatı: Cüdoçularımız ilk günü medalsız BAŞA VURDU

254602

Azərbaycanın 3 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk günündə uğuersuz çıxış edib.

Bizim.Media xəbər verir ki, onlar yarışı medalsız başa vurublar.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya məğlub olub. Qadınlarda Leyla Əliyeva (48 kq) 1/32 finalda Kurbanay Kurbanovanı (Türkmənistan) üstələsə də, ikinci görüşdə Laura Martinesə (İspaniya) uduzub. . Könül Əliyeva 1/32 finalda Mariya Labordeyə (ABŞ) məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO