Argentina çətinliklə məğlubiyyətdən xilas oldu - VİDEO

Argentina çətinliklə məğlubiyyətdən xilas oldu - VİDEO

Hazırda oxunan: Argentina çətinliklə məğlubiyyətdən xilas oldu - VİDEO

254077

Şimali Amerika bölgəsi üzrə dünya çempionatının seçmə mərhələsinin XVI turunda beş görüş keçirilib.

Bizim.Media xəbər verir ki, gecənin ilk oyununda Boliviya Çili ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda Uruqvay öz meydanında Venesuelanı qəbul edib. Bu qarşılaşmada da meydan sahibləri 2:0 hesabı ilə üstün olublar.

Gecənin ən maraqlı qarşılaşmalarından biri Argentina və Kolumbiya milliləri arasında olub. İlk hissədən sonra hesabda 0:1 geri düşən, 70-ci dəqiqədə azlıqda qalan Argentina millisi 81-ci dəqiqədə Almadanın vurduğu qolla məğlubiyyətdən xilas ola bilib.

Bundan başqa, bu turda Braziliya millisi Paraqvaydan üstün olub - 1:0.

Peru-Ekvador qarşılaşması isə qolsuz heç-heçə ilə başa çatıb.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO