Bu klub millimizin futbolçusuna təklif göndərdi

Bu klub millimizin futbolçusuna təklif göndərdi

Hazırda oxunan: Bu klub millimizin futbolçusuna təklif göndərdi

253866

Millinin yarımmüdafiəçisi Səbuhi Abdullazadə karyerasını ölkə xaricində davam etdirməyə yaxındır.

Bizim.Media xəbər verir ki, ona bu dəfə Moldovadan təklif gəlib.

Daha öncə Türkiyədən dəvət almış 24 yaşlı oyunçu "Şerif"in maraq dairəsindədir. Bu ölkənin ən titullu klubu azərbaycanlı gəncə 3 illik müqavilə təklif edib.

Bir neçə il öncə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmış və "Real"ı udaraq böyük sürprizə imza atmış "Şerif" həmyerlimizlə danışıqlara start verib.

Abdullazadə hazırda azad agent statusu daşıyır. "Kimyaçılar" öz yetirməsiylə sözləşməni yeniləməyə hazırdır. Həmçinin "Neftçi" onunla bağlı iddiasını ortaya qoyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO