Yeni mövsümə iddialı kollektiv formalaşdırmağı planlaşdıran "Turan Tovuz" daha bir futbolçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, söhbət iranlı müdafiəçi Araş Qaderidən gedir.
Kurban Berdıyev başa çatan mövsümdə onun performansından narazı qalıb və rəhbərlikdən iranlının yola salınmasını istəyib.
Qeyd edək ki, 26 yaşlı futbolçu başa çatan mövsümdə "Turan Tovuz"un heyətində ümumilikdə 22 oyunda meydana çıxıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media