“Neftçi” və “Sabah” “Qarabağ”dan ayrılan futbolçuya təklif göndərdi

“Neftçi” və “Sabah” “Qarabağ”dan ayrılan futbolçuya təklif göndərdi

Hazırda oxunan: “Neftçi” və “Sabah” “Qarabağ”dan ayrılan futbolçuya təklif göndərdi

253714

"Qarabağ"la müqaviləsi başa çatan Patrik Andrade klubdan ayrılacaq.

Bizim.Media xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi Ağdam təmsilçisini tərk etsə də, Azərbaycanda qala bilər.
 

"Qarabağ"la müqaviləsi 30 iyun tarixində başa çatan Andradeyə Premyer Liqada 2 təklif var. "Neftçi" və "Sabah" gələn ay azad agent statusunda olacaq 32 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.


Təcrübəli oyunçu bütün təklifləri götür-qoy etdikdən sonra seçimini edəcək.

Qeyd edək ki, Patrik Andrade başa çatan mövsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yyadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO