Mahirdən karyerasını harada davam etdirəcəyi ilə bağlı AÇIQLAMA

Mahirdən karyerasını harada davam etdirəcəyi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Mahirdən karyerasını harada davam etdirəcəyi ilə bağlı AÇIQLAMA

253588

“Hazırda danışıqların yekunlaşmasını gözləyirəm. Amma agentlərdən də xahişim olub ki, indi millinin oyunlarına köklənmək istəyirəm, ondan sonra transfer məsələlərinə baxarıq”.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib.

“Nürnberq”dən ayrılan hücumçu yeni klub axtarışlarından danışıb: “Almaniyadan da, başqa ölkələrdən də təkliflər var. Amma Almaniyada qalmaq istəyərəm. Çünki ölkəni tanıyıram, insanları tanıyıram. Milli komandanın Macarıstanla oyunundan sonra bu məsələlərə aydınlıq gələcək”.

Qeyd edək ki, Mahir Emrelinin xidmətində Almaniya Bundesliqa təmsilçisi “Haydenhaym”, ikinci Bundesliqa təmsilçisi “Kauzerslauten” və Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO