“Fənərbağça” bu hücumçu üçün 30 milyon avro TƏKLİF ETDİ

“Fənərbağça” bu hücumçu üçün 30 milyon avro TƏKLİF ETDİ

Hazırda oxunan: “Fənərbağça” bu hücumçu üçün 30 milyon avro TƏKLİF ETDİ

253583

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Fənərbağça" serbiyalı forvardı transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İstanbul klubu Vlahoviç üçün"Yuventus"a rəsmi təklif göndərib. Türklər 25 yaşlı futbolçuya görə onun klubuna 30 milyon avro ödəməyə hazırdır. "Fənərbağça" oyunçunun özünə isə 10 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Duşan Vlahoviç ötən mövsüm"Yuventus"un heyətində meydana çıxdığı 41 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO