“Şaxtyor” “Fənərbağça”nın futbolçusuna təklif göndərdi

“Şaxtyor” “Fənərbağça”nın futbolçusuna təklif göndərdi

Hazırda oxunan: “Şaxtyor” “Fənərbağça”nın futbolçusuna təklif göndərdi

253571

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" heyətinə Türkiyədən oyunçu cəlb etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, Ukrayna klubu "Fənərbağça"nın yarımmüdafiəçisi İsmail Yükseki transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Şaxtyor" İstanbul klubunda illik 400 min avro qazanan 26 yaşlı futbolçuya 4 milyon avro maaş təklif edib. Oyunçu özü Donetsk klubuna keçməyə isti yanaşır.

Qeyd edək ki, İsmail Yüksek ötən mövsüm "Fənərbağça"nın heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Türkiyə millisinin üzvünün klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO