Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev Rusiya və Nigeriya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa təyinat alıb.
Bizim.Media xəbər verir ki, həmin matçda FIFA referisinə yan xətt hakimləri – Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 6-da “Lujniki” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
01:19 / 06.06.2025
Əliyar Ağayev Rusiya millisinin oyununa TƏYİNAT ALDI
Hazırda oxunan: Əliyar Ağayev Rusiya millisinin oyununa TƏYİNAT ALDI
Hazırda oxunan: Əliyar Ağayev Rusiya millisinin oyununa TƏYİNAT ALDI
253325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.