Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sabah” legioneri ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, söhbət Con İrasabaldan gedir.
Futbolçu ilə başa çatan müqavilə yenilənməyib. Müdafiəçiyə Malayziya klubundan təklif gəlib.
Artıq tərəflər arasında razılıq əldə olunub. İrasabal növbəti mövsüm “Sabah”da olmayacaq.
Xatırladaq ki, təcrübəli oyunçu ötən mövsüm paytaxt təmsilçisində 35 oyunda çıxış edib. O, 2022-ci ildən “Sabah”da oynayır.
Bizim.Media