Mahir Emreliyə Almaniyadan daha bir TƏKLİF

Mahir Emreliyə Almaniyadan daha bir TƏKLİF

Hazırda oxunan: Mahir Emreliyə Almaniyadan daha bir TƏKLİF

251396

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın daha bir klubunun maraq dairəsinə düşüb.

Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “Fortuna”nın hədəfindədir.

Düsseldorf klubu yayda azad agent statusu alacaq forvardı transfer etməyi düşünür.

Mahirin keçidini klubun Direktorlar Şurasının üzvü Klaus Allofs və idman direktoru Kristian Veber istəyir.
 

“Nürnberq”lə müqaviləsi başa çatmaqda olan Mahir “Sankt Pauli” və “Kayzerslautern”in də hədəfindədir. Hücumçunun özü də Almaniyada qalmaq istədiyindən “Fortuna” bundan yararlanmaq iddiasındadır.


Qeyd edək ki, “Fortuna” 2-ci Bundesliqada mövsümü 6-cı yerdə başa vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO