İsveçrə yığmasının baş məşqçisi: “Türkiyəni məğlub etməliyik” 

İsveçrə yığmasının baş məşqçisi: “Türkiyəni məğlub etməliyik” 

Hazırda oxunan: İsveçrə yığmasının baş məşqçisi: “Türkiyəni məğlub etməliyik” 

25126

"Rəqibi təbrik edirəm. Onlar möhtəşəm oyun sərgiləyirlər". 

Bizim.Media xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avropa çempionatında A qrupunun II tur matçında İtaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edərkən deyib. 

58 yaşlı mütəxəssis bildirib ki, komandasının hər bir futbolçusu nəticədən məyus olmalıdır. Bununla belə, Petkoviç bu gün keçirəcəkləri növbəti məşqlə komandası üçün yeni mərhələnin başlanacağını söyləyib:

"Futbolçularımla danışdım, bir oyunumuzun qaldığını və yalnız 3 xalın bizi növbəti mərhələyə çıxaracağını vurğuladım".

Qeyd edək ki, İsveçrə millisinin A qrupundakı son oyunu Bakı Olimpiya Stadionunda Türkiyə yığmasına qarşı olacaq. İyunun 20-də keçiriləcək görüş saat 20:00-da başlanacaq. İtaliya yığması 2 oyundan 6 cavabsız top və 6 xalla qrup lideri kimi vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. Uels 4 xalla 2-ci, İsveçrə 1 xalla 3-cü pillədədir. Hələ xalı olmayan Türkiyə yığması qrup 3-cüsü kimi mərhələ adlamaq üçün İsveçrəyə mütləq qalib gəlməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO