Ronaldo yeni klubla danışıq aparır

Ronaldo yeni klubla danışıq aparır

Hazırda oxunan: Ronaldo yeni klubla danışıq aparır

251255

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldu ilə bağlı növbəti dəfə transfer xəbərləri gündəmdədir.

Bizim.Media xəbər verir ki, Ronaldo FIFA Klublararası Dünya Çempionatında iştirak edəcək bir klubla danışıqlar aparır.

Bu isə onun hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu tərk etməsi ehtimalını artırıb.

"Əl-Nəsr"in sözügedən turnirə vəsiqə qazana bilməməsi səbəbilə Ronalou bu yarışda oynamaq arzusu ilə yeni klub axtarışına çıxıb.
Qeyd edək ki, onun Səudiyyə təmsilçisi ilə olan müqaviləsi iyun ayında başa çatır.

Eyni zamanda, FIFA prezidenti Canni İnfantinonun məsələ ilə bağlı verdiyi açıqlamalar Ronaldonun nümayəndələri tərəfindən narazılıqla qarşılanıb. Onlar danışıqların ictimailəşməsini vaxtsız və uyğun olmayan addım kimi qiymətləndiriblər.

Ronaldo karyerası ilə bağlı yekun qərarını yaxın günlərdə verməlidir. O, ya "Əl-Nəsr"lə müqaviləsini uzadacaq, ya da Klublararası Dünya Çempionatında iştirak etmək üçün yeni klubla qısa müddətli anlaşmaya imza atacaq. (Offsideplus.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO