"Qarabağ" mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, komanda Misli Premyer Liqasının 2024/2025 mövsümündə 28-ci qələbəsini qazanıb.
Qurban Qurbanovun yetirmələri sonuncu - XXXVI turda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəliblər.
Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. 12 qat ölkə çempionu iki il əvvəl - 2022/2023 mövsümündə də 28 qələbə əldə edib.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. "Neftçi" 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:32 / 25.05.2025
"Qarabağ" qələbə sayında öz rekordunu təkrarladı
Hazırda oxunan: "Qarabağ" qələbə sayında öz rekordunu təkrarladı
Hazırda oxunan: "Qarabağ" qələbə sayında öz rekordunu təkrarladı
251175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.