Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq

Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq

Hazırda oxunan: Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq

251162

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində III tura start veriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi də növbəti matçına çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda Mavritaniya yığması ilə qarşılaşacaq.

Bu gün həmçinin Türkiyə millisi də meydana çıxacaq. Qardaş ölkə təmsilçisi İngiltərə yığması ilə üz-üzə gələcək.

Dünya çempionatı

Qrup mərhələsi

III tur

25 may

A qrupu

14:00. Bəhreyn - Sloveniya
19:30. Azərbaycan - Mavritaniya

B qrupu

12:45. Özbəkistan - Çad
22:00. Rumıniya - Fransa

C qrupu

16:30. Macarıstan - Ukrayna
18:15. Türkiyə - İngiltərə

D qrupu

15:15. Hindistan - Portuqaliya
20:45. Slovakiya - Bolqarıstan

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO