“Səbail” Premyer Liqa ilə məğlubiyyətlə vidalaşdı - VİDEO

“Səbail” Premyer Liqa ilə məğlubiyyətlə vidalaşdı - VİDEO

Hazırda oxunan: “Səbail” Premyer Liqa ilə məğlubiyyətlə vidalaşdı - VİDEO

251009

Bu gün Misli Premyer Liqasında 36-cı tura start verilib.

Bizim.Media xəbər verir ki, mövsümün son turunun yeganə matçı Bakıda baş tutub.

Turnir cədvəlinin son iki pilləsində qərarlaşan “Sumqayıt”la “Səbail” sonuncuların meydanında üz-üzə gəlib. I Liqaya yuvarlanan paytaxt təmsilçisi özü üçün formal matça çıxıb. Sumqayıtın eyni adlı təmsilçisi qələbə sayəsində heç bir əhəmiyyət kəsb etməyən 8-ci yerə yüksəlib.

"Səbail" Premyer Liqada keçirdiyi son matçda 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq.

Misli Premyer Liqası

XXXVI tur

23 may (cümə)

19:30. “Səbail” – “Sumqayıt” - 1:4

Qollar: Suleyman Alluş, 21 - Sertan Taşkın, 28. Giorgi Karaişvili, 59 (p.). Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1

Baş hakim: Rəşad Əhmədov

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO