“Qalatasaray” millinin üzvü ilə müqavilə İMZALAYACAQ

“Qalatasaray” millinin üzvü ilə müqavilə İMZALAYACAQ

Hazırda oxunan: “Qalatasaray” millinin üzvü ilə müqavilə İMZALAYACAQ

250991

"Qalatasaray" müqaviləsi gələn il başa çatan Yunus Akgünlə razılığa gələ bilib.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi türk futbolçunun sözləşməsinin müddətini uzadacaq. Bu barədə yerli mətbuat məlumat yayıb. Yaxın günlərdə rəsmi açıqlama ediləcək.

Yunus Akgünlə 2029/2030 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq. 24 yaşlı vingerin illik maaşı 2,3 milyon avro oolacaq.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray" akademiyasının yetirməsidir. Türkiyə millisinin də üzvü olan futbolçubu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO