"Mançester Yunayted" "Lion"un futbolçusu Rayan Şerki ilə maraqlanır.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
İngiltərə klubu 21 yaşlı yarımmüdafiəçini yay transfer pəncərəsində transfer etmək uğrunda mübarizəyə qoşulublar. Fransalı oyunçunun müqaviləsində göstərilən sərbəst buraxılma məbləği 22,5 milyon avro təşkil edir.
Daha əvvəl Rayan Şerkiyə "Liverpul", "Bavariya" və Dortmund "Borussiya"sının maraq göstərdiyi bildirilmişdi.
Qeyd edək ki, O, bu mövsüm "Lion"un heyətində 44 oyuna çıxaraq 12 qol vurub və 20 qolun ötürməsini edib.
Bizim.Media