"Qarabağ" "Kəpəz"i böyük hesabla məğlub etdi - VİDEO

"Qarabağ" "Kəpəz"i böyük hesabla məğlub etdi - VİDEO

Hazırda oxunan: "Qarabağ" "Kəpəz"i böyük hesabla məğlub etdi - VİDEO

250028

Misli Premyer Liqasının XXXV turunda "Qarabağ" "Kəpəz"i məğlub edib.

Bizim.Media xəbər verir ki, "Azərsun Arena"da baş tutan turun bağlanış görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə sonuçlanıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (31), Aleksey Kaşuk (72) və Musa Qurbanlı (82) fərqləniblər.
 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 86 xalla birinci pillədədir. "Köhlən atlar" çempionluğunu üç tur əvvəldən rəsmiləşdirib. 32 xala malik gəncəlilər səkkizincidir.


Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Neftçi" "Səbail" kollektivini 3 cavabsız qolla üstələyib. "Zirə" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO