"Neftçi" "Səbail"i məğlub etdi - VİDEO

"Neftçi" "Səbail"i məğlub etdi - VİDEO

Hazırda oxunan: "Neftçi" "Səbail"i məğlub etdi - VİDEO

250011

Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.

Bizim.Media xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.
 

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.


Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO