Braziliyanın UOL nəşri “Santos”un hücumçusu Neymarın müqaviləsinin detallarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, 33 yaşlı futbolçu aylıq 3.3 milyon avro qazanır.
Onun gəlirinin 75 faizi sponsorlardan və forma satışından qarşılanır. Eyni zamanda stadionda üç VİP otaq onun üçün ayrılıb.
Neymarın özünün, ailəsinin və dostlarının təyyarə uçuşları, otellərdə qalma xərcləri də klub tərəfindən ödənilir. “Santos” ümumilikdə illik büdcənin 25-ni Neymara xərcləyir.
Braziliyalı futbolçu bu ilin yanvarında “Santos”a keçib. O, 9 oyunda 3 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:57 / 16.05.2025
“Santos” büdcəsinin 25 faizini Neymarın maaşına ÖDƏYİR
Hazırda oxunan: “Santos” büdcəsinin 25 faizini Neymarın maaşına ÖDƏYİR
Hazırda oxunan: “Santos” büdcəsinin 25 faizini Neymarın maaşına ÖDƏYİR
249793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.