"Qalatasaray" müqaviləsi gələn il başa çatan qapıçı Günay Güvençlə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, Bu barədə "Sabah nəşri məlumat yayıb.
İstanbul təmsilçisi türk qolkiperi komandada saxlamaq istəyir.
"Sarı-qırmızılar" Günayın sözləşməsini daha 1 illik uzadacaq. Artıq təcrbəli "əlcə sahibi" ilə razılıq əldə olunub.
Qeyd edək ki, "Qalatasaray" Günay Güvençi 2023-cü ilin avqust ayında "Qaziantep"dən transfer edib. Qapıçı bu mövsüm "cim bom"un heyətində 13 rəsmi matçda meydana çıxıb.
Bizim.Media