"Barselona" "Espanyol"un qapıçısı Joan Qarsiya ilə maraqlanır.
Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Kataloniya klubu onu 35 yaşlı qapıçısı Voyçex Şensnı və 33 yaşlı Mark-Andre Ter Ştegenin yerinə uzunmüddətli əvəzləyicisi kimi görür. Qarsiyanın transferi uğrunda "Arsenal" da rəqabət apara bilər. London klubu ispan qapıçı ilə bağlı "Espanyol"la danışıqlarda artıq irəliləmiş mərhələyə çatıb. Hazırda 24 yaşlı qapıçının müqaviləsindəki sərbəst buraxılma məbləği 25 milyon avro təşkil edir, lakin bu, arta bilər.
Qeyd edək ki, hazırkı mövsümdə Joan Qarsiya bütün turnirlərdə 35 oyuna çıxaraq yeddisində qapısını toxunulmaz saxlayıb. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:05 / 15.05.2025
"Barselona" və "Arsenal" onu HƏDƏFLƏDİLƏR
Hazırda oxunan: "Barselona" və "Arsenal" onu HƏDƏFLƏDİLƏR
Hazırda oxunan: "Barselona" və "Arsenal" onu HƏDƏFLƏDİLƏR
249590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.