Ulduz futbolçu “Qalatasaray”dan AYRILIR

Ulduz futbolçu “Qalatasaray”dan AYRILIR

Hazırda oxunan: Ulduz futbolçu “Qalatasaray”dan AYRILIR

247804

Mauro İkardi mövsümün sonunda "Qalatasaray"dan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, uzun müddətdir zədəli olan argentinalı hücumçu Cənubi Amerikaya qayıtmaq istəyir. Bu barədə "Radio Mitre" məlumat yayıb.

İkardinin adı "River Pleyt"lə hallanır. 32 yaşlı forvardın Braziliya klubları ilə də danışıq apardığı bildirilir.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Ulduz futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO