3 cüdoçumuz "Böyük Dəbilqə" turnirində finala yüksəldi

3 cüdoçumuz "Böyük Dəbilqə" turnirində finala yüksəldi

Hazırda oxunan: 3 cüdoçumuz "Böyük Dəbilqə" turnirində finala yüksəldi

247544

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşacaqlar.
 

Finala vəsiqə qazanan Camal Qamzatxanovun (+100 kq) rəqibi isə tacikistanlı cüdoçu Temur Rakimov olacaq.


Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə mübarizə aparacaq.

Bürünc medalllar uğrunda yarışlara və finallara Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO