Mançini “Milan”ın baş məşqçisi OLA BİLƏR

Mançini “Milan”ın baş məşqçisi OLA BİLƏR

Hazırda oxunan: Mançini “Milan”ın baş məşqçisi OLA BİLƏR

247468

“Milan”da yayda növbəti məşqçi dəyişikliyi gözlənilir. Klub son bir il ərzində artıq iki dəfə məşqçi dəyişib və portuqaliyalı çalışdırıcı Serjio Konseysao çox güman ki, yayda vəzifəsindən ayrılacaq.

Bizim.Media xəbər verir ki, baş məşqçi postuna namizədlərdən biri də hazırda “Sampdoriya”da məsləhətçi olan Roberto Mançinidir.

“Milan” rəhbərliyini ən çox cəlb edən amil Mançininin italiyalı olmasıdır. Məhz belə bir mütəxəssis axtarılır.

Mançini əvvəlki illərdə İtaliya milli komandasını çalışdırıb və Avropa çempionatının qalibi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO