“Qalatasaray” futbolçusuna 40 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 40 milyon avro qiymət qoydu

Hazırda oxunan: “Qalatasaray” futbolçusuna 40 milyon avro qiymət qoydu

247462

"Qalatasaray"ın futbolçusu Qabriel Sara İngiltərə Premyer Liqasının iddialı klublarının transfer siyahısında yer alıb.

Bizim.Media xəbər verir ki, "Aston Villa", "Mançester Siti", "Nottingem Forest", "Everton" və "Vulverhempton" braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Caughtoffside" məlumat yayıb.

"Qalatasaray" Saranı satmaq istəmir. Lakin İstanbul klubu 40 milyon avroluq təklif gələcəyi təqdirdə fikrini dəyişəcək və oyunçusunu satacaq.

Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı mövsümün əvvəlində İngiltərənin "Norviç Siti" klubundan 18 milyon avroya transfer edib. 26 yaşlı yarımmüdafiəşi "sarı-qırmızılar"ın heyətində keçirdiyi 41 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO