"Mançester Yunayted" üçün ŞAD XƏBƏR

"Mançester Yunayted" üçün ŞAD XƏBƏR

Hazırda oxunan: "Mançester Yunayted" üçün ŞAD XƏBƏR

246969

"Mançester Yunayted"in iki futbolçusu sıraya qayıdıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bunlar müdafiəçi Matteys de Liqt və hücumçu Amad Diallodu.

22 yaşlı Amad fevral ayında topuq bağlarında yaşadığı zədə səbəbilə mövsümü erkən başa vura bilərdi. Klub bu ehtimaldan narahat idi. 25 yaşlı de Liqt isə apreldə "Nottingem Forest"ə qarşı matçda (0:1) topuq nahiyəsindən aldığı zədəyə görə sıradan çıxmışdı.
 

Qeyd edək ki, hər iki futbolçu Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunlarında "Atletik"ə qarşı keçiriləcək matçın hazırlığında iştirak ediblər.


Sözügedən görüş sabah Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO