Erik Dayerin gələcəyi müəyyənləşdi

Erik Dayerin gələcəyi müəyyənləşdi

Hazırda oxunan: Erik Dayerin gələcəyi müəyyənləşdi

246791

"Bavariya"nın futbolçusu Erik Dayerin gələcəyi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
 

31 yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonunda "Monako"ya keçəcək. Onunla 2+1 illik müqavilə imzalanacaq.


Dayerin Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Dayer ötən ilin iyunundan "Bavariya"nın formasını geyinir. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO