"İnter" yaxın zamanda Benjamen Pavarın xidmətindən yararlana bilməyəcək.
Bizim.Media xəbər verir ki, müdafiəçi həftəsonu "Roma" ilə keçirilən oyunda (0:1) sol topuq nahiyəsindən zədələnib.
"La Gazzetta dello Sport"un məlumatına görə, o, Çempionlar Liqasının "Barselona"ya qarşı ilk yarımfinal oyununda iştirak etməyəcək.
Eyni zamanda, artıq çərşənbə axşamı səhər saatlarında hücumçu Markus Türam ümumi komanda məşqinə qayıdacaq. O, aprelin ortalarından etibarən bud nahiyəsində yaşadığı problemlərə görə üç oyunu buraxmalı olub.
"Barselona" – "İnter" oyunu 30 aprel Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:56 / 29.04.2025
“İnter” “Barselona” ilə oyuna ciddi itki ilə ÇIXACAQ
Hazırda oxunan: “İnter” “Barselona” ilə oyuna ciddi itki ilə ÇIXACAQ
Hazırda oxunan: “İnter” “Barselona” ilə oyuna ciddi itki ilə ÇIXACAQ
246657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.