"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Fernando Musleraya əvəzləyici axtarır.
Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi "Atletiko"nun qapıçısı Yan Oblakı transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Qalatasaray" artıq sloveniyalı qolkiperin meneceri ilə danışıqlara başlayıb. "Sarı-qırmızılar" 32 yaşlı "əlcək sahibi"nə müqavilə şərtlərini təklif edib.
Qeyd edək ki, "Atletiko" Yan Oblakı 2014-cü ilin yayında "Benfika"dan transfer edib. Sloveniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 42 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:50 / 26.04.2025
“Qalatasaray” məşhur qapıçı ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: “Qalatasaray” məşhur qapıçı ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: “Qalatasaray” məşhur qapıçı ilə danışıqlara BAŞLADI
246265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.