Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində bir matç baş tutub.
Yeganə qarşılaşma Bakı İdman Sarayında keçirilib. Son çempion “Sabah” “Şəki”ni sınağa çəkib. İlk dəqiqələrdən üstünlüyü ələ alan Bakı klubu yarımfinal seriyasına inamlı qələbə ilə başlayıb.
Qeyd edək ki, yarımfinalın sabah baş tutacaq digər matçında “Neftçi” ilə “Abşeron” üz-üzə gələcək.
Azərbaycan Basketbol Liqası
Yarımfinal, ilk oyun
26 iyun
14:00. “Sabah” – “Şəki” – 86:73 (20:14, 25:20, 23:19, 18:20)
Bakı İdman Sarayı
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:59 / 26.04.2025
“Sabah” yarımfinalın ilk oyununda qalib gəldi
Hazırda oxunan: “Sabah” yarımfinalın ilk oyununda qalib gəldi
Hazırda oxunan: “Sabah” yarımfinalın ilk oyununda qalib gəldi
246242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.