“Azərreyl” ardıcıl ikinci dəfə Azərbaycan çempionu OLDU

“Azərreyl” ardıcıl ikinci dəfə Azərbaycan çempionu OLDU

Hazırda oxunan: “Azərreyl” ardıcıl ikinci dəfə Azərbaycan çempionu OLDU

246140

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulub.

Bizim.Media xəbər verir ki, final mərhələsinin ikinci oyunu çempion və gümüş mükafatçının adına aydınlıq gətirib.

Matç Milli Gimnastika Arenasında “Murov Az Terminal”la “Azərreyl” üz-üzə gəlib. İlk görüşdə “quru hesabla” qalib gələn nominal qonaqlar bu dəfə də rəqibindən üstün olublar. İlk iki setdə qələbə qazanmaqla çempionluğu təmin edən “Azərreyl” matçda da qalib gəlib – 3:1.

“Dəmiryolçular” bununla da ardıcıl ikinci dəfə ölkənin ən güclüsü olub. 2023/24 mövsümündə olduğu kimi yenə həm kişilər, həm qadınların mübarizəsində “Azərreyl” qızıl medala sahib çıxıb.

Yüksək Liqa (kişilər)
Final, ikinci oyun
25 aprel

15:00. “Murov Az Terminal” - “Azərreyl” - 1:3 (20:25, 22:25, 25:17, 17:25)
Milli Gimnastika Arenası
İlk oyun – 0:3

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO